Haqqında

Haqqında

Azərbaycan incəsənət tarixində məşhur olan Aşıq Şəmşir, Aşıq Şirin və Aşıq İdrisin nəslindən olan Natiq Şirinov 10 noyabr 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1984-cü ildə 9 yaşlı Natiq, Tofiq İsmayılov adına musiqi məktəbində Azər Əliyevin yanında nağara ifaçılığı üzrə dərs almağa başlamışdır. 1986-cı ildə daha çox bilik əldə etmək və çalğı məharətini təkmilləşdirmək üçün o, 6 nömrəli musiqi məktəbində təhsilini davam etdirmişdir.

Natiq, 24 yaşında Azərbaycan Respublikasının Xalq Artisti, muğam ustası, xanəndə Alim Qasımovdan dəvət almış və peşəkar fəaliyyətə qədəm qoymuşdur. Bu qrup 1999-2007-ci illər ərzində bir çox müxtəlif ölkələrdə qastrol səfərlərində olmuşdur. Natiqin incəsənətə bəxş etdiyi tövhələr səhnədəki ifası ilə məhdudlaşmır. 2001-ci ildə o, beş nəfərdən ibarət “Natiq Ritm Qrupu”-nu yaradır. Nağaradan əlavə, o, qədim Azərbaycan alətləri olan zurna, balaban və tütəyi qrupa daxil edir. Qrupun rəhbəri olmaqla yanaşı, o pedaqoq və bəstəkar kimi də fəaliyyət göstərməyə başlamışdır. Bu qrupu o, nağaranın Azərbaycana məxsus olduğunu sübut etmək, onu daha da təkmilləşdirmək, yeni ritmlər qurmaq, nağaranı başqa ölkələrdə sevdirmək məqsədi ilə yaratmışdır. Azərbaycan ritmlərini nağarada genişləndirmək üçün, 2002-ci ildə Natiq, Moskva şəhərində, Hindistan konsulluğunda yerləşən tabla məktəbində dərs almağa və sonralar Azərbaycan ritmlərini dünya ritmləri ilə sintez etməyə başlamışdır. O, 2005, 2006, 2008 və 2009-cu illərdə keçirilən Zərb Alətləri festivalının prodüseri, möhtəşəm perkussiya ifaçısı Tofiq Cabarov tərəfindən festivalda iştirak etmək üçün dəvət almışdır. “Network Medien” şirkətinin Azərbaycanın əməkdar artisti, müğənni Sevda Ələkbərzadənin 2007-ci ildə işıq üzü görən “Gül Açdı” və 2009-cu ildə “Sevdalı Dünya” adlı albom yaziları üçün Natiq, müğənni tərəfindən dəvət almışdır.

Azərbaycandakı konsert çıxışları

2008 - Natiq Şirinov “Jazz Center”da “Ritm varsa, həyat var” adlı solo konsert vermişdir. (Bakı)

2009 - Natiq Şirinov “Face Club”da “Natiq Ritm Show” adlı solo konsert vermişdir. (Bakı)

Sentyabr 6, 2013 - Natiq Şirinov “Yaşıl teatr”da “Ritm Show” adlı solo konsert vermişdir. (Bakı)

Dekabr 29, 2014 - Natiq Şirinov “Kanal S”in 5 illik yubileyi ilə bağlı konsert proqramı (Şəki)

May 10, 2014 - ümumilli lider “Heydər Əliyev”in 91 illik yubileyi ile bağlı ritm yürüşü ve konsert proqramı (Şəki)

May 2, 2015 - Natiq Şirinov“Beynalxal Muğam Mərkəzi”də “Həyatın Nəbzi” adlı solo konsert vermişdir. (Bakı)

İyun 12, 2015 - Bakıda keçirilən I avropa oyunlarının açılış mərasimi (Bakı)

Avqust 14, 2015 - Natiq Şirinov “Yaşıl teatr”da “Yayın Ritmi” adlı 4solo konsert vermişdir. (Bakı)

Avqust 22-26, 2015 - Natiq Şirinov tərəfindən Azərbaycanın Şəki şəhərində Azərbaycanda və Qafqazda ilk dəfə olaraq "Nağara 2015" Beynəlxalq Zərb

Alətləri Festivalı keçirilmişdir. Festivalda Azərbaycanla yanaşı Özbəkistanı təmsil edən Abbos Kasimov, İranı təmsil edən "Lian" qrupu, Türkiyəni təmsil edən Suat Borazan və "İstanbul Harem" qrupu konsertləri olmuşdur. (Şəki)

Dekabr 17, 2015 - Natiq Şirinov məşhur “Hollywood” ulduzu Steven Seagal ilə birlikdə “Heydər Əliyev Mərkəzin”də solo konsert vermişdir. (Bakı)

May 5, 2016 - Natiq Şirinov “Bakı Olimpiya Stadion”da 17 yaş üzrə UEFA Avropa Çempionatının açılış mərasimini etmişdir.

19 İyun, 2016 - Baku Formula1 açılış mərasimi


Xaricdəki konsert çıxışları

Oktyabr-Noyabr, 2004 - Natiq Şirinov Taypeyin 120-ci il dönümünə həsr olunmuş "Təbil və Rəqs üzrə Dünya Musiqisi Festivalı"da konsert proqramı ilə çıxışları (Taypey, Tayvan)

2006 - Natiq Şirinov pianoçu və bəstəkar Emil İbrahimin kvarteti ilə birlikdə Jazz Festivalında (Brüssel, Belçika)

2006 - Azərbaycan Mədəniyyət Günləri (Moskva, Rusiya)

2007 - Azərbaycan Mədəniyyət Günləri (Moskva, Rusiya)

2007 - Azərbaycan Mədəniyyət Günləri (Paris, Fransa)

2008 - Azərbaycan Mədəniyyət Günləri (Fas, Mərakeş)

2008 - Azərbaycan Mədəniyyət Günləri (Berlin, Almaniya)

2008 - Natiq Şirinov “Eurovision” Mahnı Müsabiqəsinə dəstək konsertində möhtəşəm açılış mərasimi proqramı ilə çıxış etmişdir. (İstanbul, Türkiyə)

2008 - Natiq Şirinov “Eurovision” Mahnı Müsabiqəsinə dəstək konsertində möhtəşəm açılış mərasimi proqramı ilə çıxış etmişdir. (Belqrad, Serbiya)

2008 - Natiq Şirinov və Sevda Ələkbərzadə bir sıra konsert proqramı ilə çıxışı (Berlin, Almaniya)

2008 - Natiq Şirinov və Sevda Ələkbərzadə bir sıra konsert proqramı ilə çıxışı (Viyana, Avstriya)

2008 - Natiq Şirinov və Sevda Ələkbərzadə bir sıra konsert proqramı ilə çıxışı (Buxarest, Ruminya)

2009 - Natiq Şirinov və Sevda Ələkbərzadə bir sıra konsert proqramı ilə çıxışı (Berlin, Almaniya)

İyun 27, 2009 - Natiq Ritm Qrupu, Beynəlxalq Qafqaz Festivalı - TransQafqaz 2009, (Varşava, Polşa)

Oktyabr 19, 2009 - Natiq Ritm Qrupu Kamera Orkestrı ilə, Azərbaycan Mədəniyyət Gunlərinin açılış mərasimində, (Bern, İsveçrə)

May 28, 2010 - Eurovision 2010 Party, (Oslo, Norveç)

Oktyabr 13, 2010 “EXPO 2010” sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Şanxay, Çin)

Fevral 15, 2011 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illiyi (Paris, Fransa)

Mart 21, 2011 - “Qarabağ” fondunu təşkil etdiyi konsert (Vaşinqton, ABŞ)

May 15, 2011 - Azərbaycanın müstəqilliyinin 20 illiyi (Moskva, Rusiya)

İyun 5, 2011 - AMOR-un 3 illiyi (St. Peterburq, Rusiya)

İyun 17, 2011 - Beynəlxalq Qafqaz Festivalı - TransQafqaz 2011, (Dresden, Almaniya)

İyun 23, 2011 - Beynəlxalq Qafqaz Festivalı - TransQafqaz 2011, (Varşava, Polşa)

Sentyabr 24, 2011 - Natiq Ritm Qrupu, konsert (İstanbul, Türkiye)

Sentyabr 27, 2011 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik münasibəti (Berlin, Almaniya)

Oktyabr 13, 2011 - N.Şirinov “Natiq” ritm qrupu ilə 54 dövlət arasında keçirilmiş “Geumsan World Percussion Performance Art Festival 2011” yarışmasında N. Şirinov uğurla iştirak etmiş və I-lik qazanaraq “World Grand Prize” mükafatını vətənə gətirmişdir. Azərbaycanın milli aləti olan “nağara”nın dünya arenasında ilk qalibiyyəti olmuş və qalibiyət N. Şirinov tərəfindən Həyata keçirilmişdir. (Geumsan, Koreya)

Noyabr 11, 2011 - “Baku” jurnalının növbəti sayısının buraxılışı (Moskva, Rusiya)

Dekabr 01, 2011 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik münasibəti (Roma, Italiya)

Fevral 21, 2012 - Royal Belum Drum Festival 2012 (Perak, Malaziya)

Aprel 20, 2012 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik münasibəti (Roma;Milan, Italiya)

İyul 7, 2012 - Montreux festivali (Cenevre, İsveçrə)

Avqust 29, 2012 - EXPO 2012” sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Dusseldorf, Almaniya; Hollandiya)

Noyabr 12, 2012 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasının 20 illik münasibəti (Moskva, Rusiya)

Fevral 13, 2013 - Royal Belum Drum Festival 2013 (Perak, Malaziya)

May 21, 2013 - Natiq Ritm Qrupu konsert (Istanbul, Türkiye)

Oktyabr 31, 2013 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasi munasibeti ile konsert proqramı (Vaşinqton, ABŞ)

Iyun 9, 2013 - Azərbaycanın müstəqilliyinin bərpa olunmasi munasibeti ile konsert proqramı (Seul, Koreya)

Iyul 6, 2013 - Azərbaycanın müstəqilliyinin bərpa olunması

Yanvar 22, 2014 - İranın muğam ustası “Şəhram Nazeri” ile “sərbəst güləş” üzrə yarışın açılışını etmişdir. (Tehran, İran)

Fevral 25, 2014 - “Xocalı faciəsini anma” tədbirində iştirak etmişdir. (İstanbul,Türkiyə)

Mart 20, 2014 - “Yarat” mediasının ildönünümü münasibəti ilə konsert proqramı (Dubay, BƏƏ)

May 28, 2014 - “28 may Respublika günü” münasibəti ilə konsert proqramı (Dubay, BƏƏ)

May 31, 2014 - New Taipei City International Drum Arts Festival (Taipei, Taiwan)

İyul 16, 2014 - “Montreux” jazz festival master class və konsert proqramı (Cenevre, İsveçrə)

Sentyabr 21, 2014 - Azərbaycan mədəniyyət günləri (Paris, Fransa)

Noyabr 11, 2014 - “Azerbaijan-America Alliance” tədbiri (Vaşinqton, Amerika)

Dekabr 14, 2014 - “Tofiq Bəhramovun 90 illik yubileyi” ilə əlaqədar tədbir (Moskva, Rusiya)

Mart 16, 2015 - “TANAP” layihəsinin təməl qoyma mərasimi (Kars, Türkiyə)

İyul 9, 2015 - “EXPO 2015” sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Milan, İtaliya)

Oktyabr 22, 2015 - Natiq Şirinov 194 dövlət üzrə keçirilən “WOMEX”musiqi festivalında Azərbaycanı təmsil etmişdir (Budapeşt, Macaristan)

Oktyabr 30, 2015 - Azərbaycan mədəniyyət günləri (Moskva, Rusiya)

Fevral 9-10, 2016 - Taichung City International Drum Arts Festival (Taichung, Taiwan)

May 17, 2016 - Lamphun International Drum and Culture Festival (Lamphun, Thailand)

İyun 1, 2016 - “EXPO 2016” sərgisində Azərbaycan mədəniyyəti və kulinariyası (Ankara, Türkiyə)


Məhşurlarla çıxışları

Natiq Şirinov-Ruslana 2005 Natiq Şirinov-Billy Cobham 2007 Natiq Şirinov-Misirli Ahmet 2008 Natiq Şirinov-Rihanna 06/10/2012 Natiq Şirinov-Shahram Nazeri 2014 Natiq Şirinov-Sami Yusuf 14/04/2015 Natiq Şirinov-Abbos Kosimov 26/08/2015 Natiq Şirinov-Harem qrupu 26/08/2015 Natiq Şirinov-Mohsen Sharifian 26/08/2015 Natiq Şirinov-Steven Seagal 16-17/12/2015

Mükafatlar

2004 - “World Music Festival on Drum & Dance” – “Certificate of Appreciation” 2005 - “Beynəlxalq Bakı Caz Festivalı” – “Fəxri Diplom” 2005 - “The 15th European Junior Male and 8th Junior Female Taekwondo Championships” – “Participating Certificate” 2006 - “İlin Instrumental Qrupu” – “QRAND Müstəqil Milli Ictimai Mukafatı Laureatı” 2006 - “MDB - 15 il: əməkdaşlıq və inteqrasiya” – “Fəxri Diplom” 2007 - Azərbaycan Respublikasının “Əməmkdar Artisti” fəxri adı 2009 - ”Qafqaz Media İctimai Birliyi” – “Təşəkkürnamə” 2011 - “World Perucission Performing Arts Festival” – “World Grand Prize” 2012 - “Royal Belum World Drum Festival 2012” – “Certificate of Participation” 2012 - “46th Montreux Jazz Festival” – “Certificate of Participation” 2013 - “Royal Belum Worl Drum Festival 2013” – “Certificate of Participation” 2013 - “Kempo üzrə XVI Respublika Çempionatı” – “Fəxri Diplom” 2014 - “48th Montreux Jazz Festival” – “Certificate of Participation” 2015 - “Baku 1st European Games” – ““Certificate of Participation” 2016 - “Formula 1 in Baku” – “Certificate of Participation” Bunlardan əlavə bir çox mükafatlara sahibdir.








Sİfarİşlər Üçün

Əlaqə : nshirinov@yahoo.com